Paşinyan Xaçaturovla razılığa gəlib?| "O, heç bir dəfə də dindirilməyib"

2019/04/image-1556354306.jpg
Oxunub: 18945     14:36     27 Aprel 2019    
Ermənistanda "1 Mart" hadisələri ilə bağlı ittiham edilən Yuri Xaçaturov KTMT-nin Baş katibi vəzifəsindən geri çağırıldıqdan sonra barəsində hər hansı istintaq tədbiri həyata keçirilməyib. Buna baxmayaraq, bir neçə gün əvvəl Robert Köçəryan, Seyran Ohanyan və Yuri Xaçaturovla bağlı işlər məhkəməyə göndərilib.

Ordu.az xəbər verir ki, erməni KİV-ləri məsələ ilə bağlı Yuri Xaçaturovun vəkili Mihran Poğosyandan müəyyən məlumatlar əldə edib.

Vəkilin sözlərinə görə, Yuri Xaçaturova qarşı heç bir istintaq tədbirləri həyata keçirilməyib.

"Cinayət işi hansı şəkildə olubsa, elə də qalıb. Heç kimlə də üzləşmə aparılmayıb. Cinayət materiallarında qanunazidd hər hansı məqamla rastlaşmamışam. Bu müddət ərzində onu heç bir dəfə də dindirməyə çağırmayıblar. İlk dəfə iyun ayının 26-da şahid qismində çağırıblar və dindirmə olmayıb. Ona ittiham olunan tərəf kimi qərarı çatdırıblar, vəssalam. Daha sonra həbs qəti imkan tədbirinin girov müqabilində dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb və bu baş verib", - deyə Poğosyan bildirib.

O qeyd edib ki, Xaçaturov daha sonra vəzifəsinin icrasına başlayıb, qayıtdıqdan sonra isə heç bir yerə çağırılmayıb: "Cinayət materiallarının Xaçaturov anladığı dildə (rus dilində) təqdim edilməsindən imtina edildikdən sonra, buna dair şikayət iddiası hazırlanır".

Erməni dilini yaxşı bilməməsinə gəldikdə isə vəkil, Xaçaturovun uzun müddət kənarda yaşaması, Gürcüstanda doğulması və digər məqamları əsas olaraq gətirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçaturov   KTMT   Paşinyan   Cinayət  


Bizi "telegram"da izləyin